İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib

  Prezident İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib.
Reklam Alanı
İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib
24 Mayıs 2023 tarihinde DÜNYA kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

 

İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib

2023,

İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçi qəbul edib.

Dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyev hazırkı dövrdə Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində ölkəmizin önəmli tərəfdaşa çevrildiyini dedi, Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və energetika sahələrində də əməkdaşlığın genişləndirilməsinin önəmini vurğuladı.

Parlamentlər səviyyəsində əlaqələrin əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti ölkələrimizin müxtəlif parlamentlərarası beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd etdi. Dövlətimizin başçısı Daniyela Curoviçin ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını vurğuladı.

Qonaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdırdı.

Daniyela Curoviç Azərbaycanla Monteneqronun dost ölkələr olduğunu vurğulayaraq, Milli Məclis və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransın Bakıda keçirilməsinin önəminə toxundu, bu tədbirdə enerji və ərzaq təhlükəsizliyi, həmçinin digər mühüm məsələlərin müzakirə olunduğunu bildirdi. Monteneqro parlamentinin sədri konfrans çərçivəsində Zəngilan rayonuna səfərin də təşkil ediləcəyini və işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri ilə yerində tanış olacaqlarını diqqətə çatdırdı.

 

 

 

 

Qonaq Monteneqronun Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı. Ölkələrimiz arasında çarter aviareyslərinin həyata keçirildiyini deyən Daniyela Curoviç bunun turizm sahəsində əlaqələrin genişlənməsinə töhfə verdiyini qeyd etdi, gələcəkdə bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək üçün yaxşı imkanların olduğunu bildirdi.

Görüşdə, həmçinin sərmayələr sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/59876

 

 

Reklam Alanı
Son Güncelleme: 24 Mayıs 2023