Azərbaycan icması Türkiyənin Kazandakı Baş konsulluğuna başsağlığı verib

  <a href="https://twitter.
Reklam Alanı
Azərbaycan icması Türkiyənin Kazandakı Baş konsulluğuna başsağlığı verib
08 Şubat 2023 tarihinde SİYASET kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

 

Azərbaycan icması Türkiyənin Kazandakı Baş konsulluğuna başsağlığı verib

, 2023
Azərbaycan icması Türkiyənin Kazandakı Baş konsulluğuna başsağlığı verib
Rusiya Federasiyası Tatarıstan Respublikasında yaşayan Azərbaycan icması Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ ilə əlaqədar qardaş ölkənin Kazan şəhərindəki Baş konsulluğunu ziyarət edib.

Ziyarət zamanı “Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının idarə heyətinin üzvləri və gənclər qanadının fəalları dəhşətli faciə ilə bağlı Türkiyənin Kazandakı Baş konsulu İsmət Erikana və zəlzələ qurbanlarının ailələrinə başsağlığı verib, anım guşəsinə güllər düzüblər.

“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının idarə heyətinin sədri Bəhram Mustafayev soydaşlarımız adından konsulluqda açılmış başsağlığı kitabına hüzn sözlərini yazıb.

Azərbaycan icması zəlzələdən zərərçəkənlərə yardım kampaniyası təşkil etmək niyyətindədir.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/azerbaycan-icmasi-turkiyenin-kazandaki-bas-konsulluguna-bassagligi-verib-2343

 

 

Reklam Alanı
Son Güncelleme: 08 Şubat 2023