Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Bakıda keçirilən “Əbədi Liderin iziylə” adlı rəsm sərgisində Nyu-Yorkdakı diasporumuz da təmsil olunub

Bakıda keçirilən “Əbədi Liderin iziylə” adlı rəsm sərgisində Nyu-Yorkdakı diasporumuz da təmsil olunub
12.04.2023
A+
A-

 

 

 

Bakıda keçirilən “Əbədi Liderin iziylə” adlı rəsm sərgisində Nyu-Yorkdakı diasporumuz da təmsil olunub
, 2023
Bakıda keçirilən “Əbədi Liderin iziylə” adlı rəsm sərgisində Nyu-Yorkdakı diasporumuz da təmsil olunub
Bakı Kitab Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Əbədi Liderin iziylə” adlı rəsm sərgisi təşkil edilib.

Sərgi ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin və Azərbaycan Elm və Təhsil Nazirliyinin nəzdindəki 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə baş tutub.

 

 

 

Bu layihə iki mərkəz arasında dostluq və əməkdaşlığın yaranması, Amerikada yaşayan uşaqlara müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən bəhs edilməsi, uşaq və gənclərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaq məqsədi daşıyır.

Sərgidə çıxış edən 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva, xalq rəssamı, professor Ağəli İbrahimov, “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova xalqımızın dahi şəxsiyyəti ilə bağlı xatirələrindən, Heydər Əliyevin digər sahələrlə yanaşı, incəsənətə, mədəniyyətə, təhsilə diqqətindən və uşaqlara olan qayğısından danışıblar.

Tədbir xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib. Sonra sərgidə təqdim olunan əsərlərin gənc müəllifləri diplomlarla təltif olunublar.

Tədbirin bədii hissəsində mərkəzin şagirdlərinin ifasında şeir, musiqi və rəqsdən ibarət konsert proqramı təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/bakida-kecirilen-ebedi-liderin-iziyle-adli-resm-sergisinde-nyu-yorkdaki-diasporumuz-da-temsil-olunub-2763

 

 

REKLAM ALANI