Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi başa çatıb

      Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi başa çatıb<a href="https://t.
Reklam Alanı
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi başa çatıb
20 Ağustos 2023 tarihinde DÜNYA kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

 

 

 

 

 

 

 

 

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi başa çatıb

, 2023

 

 

 

 

 

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi başa çatıb

Azərbaycan Diasporuna Dəstək Fondunun Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsinə yekun vurulub.

Layihə 7-13 avqust 2023-cü il tarixlərində İsveçrədə baş tutub. Layihə çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş Ağdam, Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan şəhər məktəblərinin şagirdləri İsveçrədə fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbinin şagirdləri ilə birlikdə “Juvenat” düşərgəsində yerləşiblər. Layihədə Azərbaycandan 17 şagird və 2 müəllim, İsveçrədən 11 şagird və 2 müəllim iştirak edib. Düşərgəyə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov rəhbərlik edib.

 

 

 

 

Düşərgə zamanı şagirdlər Qarabağın tarixi haqqında məlumatlandırılıb, mədəni-maarifləndirici panellərdə iştirak edib, Bern, Balenberq və digər şəhərlərin görməli yerləri ilə tanış olub, İsveçrə parlamentinə, müxtəlif muzeylərə səfər edib, təbiət gəzintiləri, əyləncəli oyunları və təcrübə mübadiləsi ilə məşğul olub.

Xatırladaq ki, bu layihənin icrasına ötən ildən başlanılıb. Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları 18-24 iyul 2022-ci il tarixində Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təlimlər keçiblər.

 

 

 

Layihədə İsveçrədən 10 şagird və 2 təlimçi, yerli məktəblərdən 14 şagird və 2 təlimçi iştirak edib. Hər iki layihə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov, Laçın rayon Kamallı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülviyyə Quluyeva, Ağdam rayon 88 N-li məktəbin ingilis dili müəllimi Ceyhunə Əliyeva və İsveçrədə Qarabağ məktəbinin müəllimi Leyla Bağırzadənin iştirakı ilə baş tutub. Bir həftə ərzində mədəni-maarifləndirici panellərdə iştirak edən şagirdlərin ölkəmizin dilbər guşələrinə, muzeylərə səyahəti təmin edilib. Eyni zamanda daimi kommunikasiya və şəbəkələşmə ilə yanaşı, Azərbaycan dili təlimləri keçirilib.

 

 

 

Bu layihə Prezident İlham Əliyevin ölkəmizin mədəniyyət paytaxtı Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı həftəsonu məktəblərinin açılması istiqamətində fəaliyyətin gücləndirilməsi, bütün Azərbaycan vətəndaşlarını birləşdirən Ana dilinin daim təbliğ olunması tövsiyələri çərçivəsində gerçəkləşdirilib.

 

 

 

Xatırladaq ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə bir neçə ildir xarici ölkələrdə həftəsonu Azərbaycan məktəblərinin qurulması prosesinə başlanılıb. Bu məktəblərin məqsədi azərbaycanlı uşaqlara ana dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini tədris etməklə yanaşı, milli kimliklərini qoruyub saxlamaq naminə ölkəmizlə bağlı həqiqətləri də onlara indidən aşılamaqdır.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/heyder-eliyevin-100-illiyine-hesr-olunmus-qardaslasmis-qarabag-mektebleri-layihesi-basa-catib-3371

Reklam Alanı
Son Güncelleme: 20 Ağustos 2023