İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Konyada görüşü olub

İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Konyada görüşü olub   İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Konyada görüşü olub Avqustun 9-da Konya şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
Reklam Alanı
İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Konyada görüşü olub
10 Ağustos 2022 tarihinde SİYASET kategorisinde yayınlandı. Google News
Reklam Alanı

İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Konyada görüşü olub

 

İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Konyada görüşü olub

Avqustun 9-da Konya şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi.

Türkiyənin dövlət başçısı da öz növbəsində dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.

Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı.

Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə etdi və şəhidlərlə bağlı başsağlığı verdi.

Dövlətimizin başçısı dəstəyə və başsağlığına görə təşəkkür etdi.

Görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/56881

Reklam Alanı
Son Güncelleme: 10 Ağustos 2022