“Moldova Azərbaycanlıları Konqresi” ötən ilin yekunlarına dair hesabat verib

    Kişinyov şəhərində “Moldova Azərbaycanlıları Konqresi” (CAM) ictimai təşkilatının ötən ilin yekunlarına dair toplantısı keçirilib.
Reklam Alanı
“Moldova Azərbaycanlıları Konqresi” ötən ilin yekunlarına dair hesabat verib
01 Şubat 2023 tarihinde DÜNYA kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

 

 

“Moldova Azərbaycanlıları Konqresi” ötən ilin yekunlarına dair hesabat verib
1 fevral, 2023
“Moldova Azərbaycanlıları Konqresi” ötən ilin yekunlarına dair hesabat verib
Kişinyov şəhərində “Moldova Azərbaycanlıları Konqresi” (CAM) ictimai təşkilatının ötən ilin yekunlarına dair toplantısı keçirilib.

“Time” otelinin konfrans zalında baş tutan tədbirdə öncə dəvət olunmuş fəxri qonaqlar – Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Moldova Baş nazirinin insan hüquqları və millətlərarası münasibətlər üzrə müşaviri Nikolae Raditz, ölkə parlamentinin deputatı Vitaliye Jakot, Ukrayna icmasının rəhbəri Vitali Mrug, Moldova-Belarus Mədəniyyət Mərkəzinin sədri Anna Babina, Qaqauz icmasının rəhbəri Nikolay Terzi və “Xəzər” Azərbaycan mədəni-maarif icmasının sədri Nəsrəddin Mehdiyev çıxış ediblər. Onlar Azərbaycan həqiqətlərinin, mədəniyyətinin təbliğ olunmasında, Moldovadakı mədəni müxtəlifliyin zənginləşdirilməsində “Moldova Azərbaycanlıları Konqresi”nin fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra CAM sədri Elçin Bayramov birillik hesabatla çıxış edib. “Qarşıda bizi yeni vəzifələr gözləyir. Əminəm ki, hörmətli ağsaqqallarımız, Şura üzvlərimiz, fəallarımız və etibarlı tərəfdaşlarımız sayəsində biz Azərbaycan icması üçün çox faydalı və mühüm təşəbbüsləri reallığa çevirə biləcəyik”, – deyə o, vurğulayıb.

Toplantı CAM Şurasına və Təftiş Komissiyasına yeni üzvlərin seçilməsi ilə yekunlaşıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/moldova-azerbaycanlilari-konqresi-oten-ilin-yekunlarina-dair-hesabat-verib-2308

 

 

 

Reklam Alanı
Son Güncelleme: 01 Şubat 2023