Ontario parlamentinin üzvü Torontodakı Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub

  Kanadanın <a href="https://twitter.
Reklam Alanı
Ontario parlamentinin üzvü Torontodakı Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub
19 Temmuz 2023 tarihinde KÜLTÜR SANAT kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

 

Ontario parlamentinin üzvü Torontodakı Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub

18 iyul, 2023

 

 

 

 

Ontario parlamentinin üzvü Torontodakı Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub

 

 

 

Kanadanın Ontario Qanunvericilik Assambleyasının deputatı Şərəf Sabavi Toronto şəhərindəki Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub.

 

 

 

 

Görüş zamanı Azərbaycan Evinin rəhbəri Lalin Həsənova icmamızın dostu və dəstəkçisi olan qonağa Azərbaycan tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən guşələr və burada keçirilən tədbirlərlə bağlı ətraflı məlumat verib. Qonağı maraqlandıran sualları məmnunluqla cavablandıran soydaşlarımız onu yenidən Azərbaycan Evində görmək istədiklərini bildiriblər.

Lalin Həsənova qeyd edib ki, bu yaxınlarda Azərbaycan Evini ziyarət edən qonaqlar arasında Ontario Qanunvericilik Assambleyasının digər üzvü olan Sten Çonun ofisinin nümayəndələri də olub. Deputat Sten Çonun da tezliklə Azərbaycan Evinin qonağı olacağı gözlənilir.

 

 

 

 

Qeyd edək ki, Şərəf Səbavi Ontario əyalətində yaşayan bütün sakinlər üçün həyatın sadə və əlçatan olması naminə çalışan parlamentarlardan biridir.

 

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/ontario-parlamentinin-uzvu-torontodaki-azerbaycan-evinin-fealiyyeti-ile-tanis-olub-3227

 

 

Reklam Alanı
Son Güncelleme: 19 Temmuz 2023