Rotterdam şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

  Niderland Krallığının Rotterdam şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Reklam Alanı
Rotterdam şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
19 Ocak 2023 tarihinde DÜNYA kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

 

Rotterdam şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

2023

Rotterdam şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Niderland Krallığının Rotterdam şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə “Qarabağ” idman klubunun ofisində baş tutan tədbirdə öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar hərbi cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə sovet rejimi Qarabağ münaqişəsinin ədalətli həllini və Azərbaycanın müstəqilliyini tələb edən dinc əhalidən qisas almaq məqsədilə Bakıda əsl qətliam törədib, Gəncə şəhərində və digər regionlarda mülki insanların ölümünə səbəb olan cinayətlərə yol verib.

Tədbirdə BAK-ın sədr müavini Sima Cəfərova, BAK-ın Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan, diaspor fəlları Zərifə Süleymanova, Oqtay Tatlızadə, Əli Toptaş və başqaları çıxış ediblər. Bildirilib ki, həmin gecə milli mənafelərin müdafiəsi naminə canlarından keçmiş Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinin yeni parlaq səhifəsini yazıblar. Qanlı cinayətin xalqımızın milli azadlıq mübarizəsini dayandıra bilmədiyi, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi, 20 Yanvar şəhidlərinin qəhrəmanlığının hər zaman azərbaycanlı gənclər üçün örnək olduğu vurğulanıb.

Qeyd edilib ki, artıq iki ildir müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qəhrəman ordumuz torpaqlarımızı erməni işğalından azad edib, Qarabağda yenidən Azərbaycanın dövlət bayrağının ucaldılmasına nail olub.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

DIGƏR XƏBƏRLƏR

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/rotterdam-seherinde-20-yanvar-sehidlerinin-xatiresi-yad-edilib-2192

 

 

Reklam Alanı
Son Güncelleme: 19 Ocak 2023