Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

    Avstraliya İttifaqının Sidney şəhərində “Heydər Əliyev İli” çərçivəsində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Reklam Alanı
Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
23 Aralık 2023 tarihinde KÜLTÜR SANAT kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

 

 

Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

, 2023

 

 

 

Sidneydə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

 

 

 

 

Avstraliya İttifaqının Sidney şəhərində “Heydər Əliyev İli” çərçivəsində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin dəstəyi, bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Avstraliyanın Yeni Uels ştat parlamentinin senatoru xanım Anne Stanly, Sidney şəhərində yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri, şəhər bələdiyyə şurasının üzvləri və digər ictimai-siyasi xadimlər, habelə bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

 

 

 

 

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ulu öndər Heydər Əliyevə həsr olunmuş fotosərgi ilə tanış olublar. Sonra Azərbaycan Respublikası və Avstraliya İttifaqının Dövlət himnləri səsləndirilib, vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avstraliyadakı, eyni zamanda Yeni Zelandiyada və Fici Respublikasında akkreditə olunmuş səfirliyinin müvəqqəti işlər vəkili Vaqif Cəfərov ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki yerindən və müstəqilliyimizin qorunmasındakı rolundan söz açıb. Diplomat qeyd edib ki, hər bir xalq öz müstəqillik tarixində saysız faciələrlə üzləşib, lakin çox az sayda xalqlar bu mübarizədən qalib və zəfərlə çıxa bilib. Bu gün Azərbaycan xalqının qazandığı zəfər və qələbənin təməli məhz onun müdrik lideri, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin ən böyük arzusu, onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən gerçəkləşdirilib və Müzəffər Ali Baş Komandan Xankəndidə dövlət bayrağımızı ucaltmaqla Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa edib.

 

 

 

 

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn və dahi şəxsiyyət Heydər Əliyevə həsr olunan “Qaliblər əbədi yaşayır” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın xalq artistləri – xanəndə Mənsum İbrahimov, tarzən Elçin Həşimov, əməkdar artistlər Elnur Əhmədov və Kamran Kərimov çıxış ediblər. M.İbrahimovun ifasında səslənən muğamlar, Azərbaycan xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Tədbir iştirakçıları bu möhtəşəm ifaları ayaq üstə alqışlayıblar.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/sidneyde-heyder-eliyevin-100-illik-yubileyi-qeyd-edilib-3991

 

 

 

Reklam Alanı
Son Güncelleme: 23 Aralık 2023