Tbilisi və Bolnisidə anım tədbirləri keçirilib

  Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
Reklam Alanı
Tbilisi və Bolnisidə anım tədbirləri keçirilib
05 Nisan 2023 tarihinde KÜLTÜR SANAT kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

 

Tbilisi və Bolnisidə anım tədbirləri keçirilib
, 2023
Tbilisi və Bolnisidə anım tədbirləri keçirilib
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.

Soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri mərkəzin icraçı direktoru Rəna Hüseynova açaraq, tələbələrə 105 il öncə törədilmiş mart soyqırım barədə ətraflı məlumat verib. Bildirib ki, 1918-ci il 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində etnik erməni Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin mandatı altında bolşevik və erməni silahlı dəstələri on minlərlə dinc azərbaycanlıya qarşı xüsusi amansızlıqla dəhşətli soyqırımı törədib.

Tədbirdə çıxış edən mərkəzin sədri Leyla Əmrahova ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və terror nəticəsində minlərlə dinc soydaşımızın qətlə yetirildiyini, itkin düşdüyünü və doğma evindən-obasından didərgin salındığını nəzərə çatdırıb.

 

 

 

 

Sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş açıq dərs keçirilib.

Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi“ndə 105 il öncə bolşevik və erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Şagirdlərə xalqımızın başına gətirilmiş faciə ilə bağlı ətraflı məlumat verilib. Azərbacan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə iki dəfə (1919-1920-ci illərdə) 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edildiyi, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərman imzaladığı gündən başlayaraq hər il Azərbaycanlıların Soyqırımı Gününün qeyd olunmasının bərpa edildiyi vurğulanıb.

Tədbir anım guşəsində şamların yandırılması və güllərin düzülməsi ilə yekunlaşıb.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/tbilisi-ve-bolniside-anim-tedbirleri-kecirilib-2720

 

 

Reklam Alanı
Son Güncelleme: 05 Nisan 2023