Tokionun Ueno parkında “Azərbaycan festivalı” təşkil edilib

  Yaponiyanın paytaxtı Tokionun mərkəzində yerləşən məşhur Ueno parkında ilk dəfə “Azərbaycan festivalı” keçirilib.
Reklam Alanı
Tokionun Ueno parkında “Azərbaycan festivalı” təşkil edilib
18 Aralık 2023 tarihinde Bugün, GÜNDEM kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

 

 

Tokionun Ueno parkında “Azərbaycan festivalı” təşkil edilib

18 dekabr, 2023

 

 

 

Tokionun Ueno parkında “Azərbaycan festivalı” təşkil edilib

 

 

 

 

Yaponiyanın paytaxtı Tokionun mərkəzində yerləşən məşhur Ueno parkında ilk dəfə “Azərbaycan festivalı” keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbir Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və Yaponiyanın “BMI Company Limited” qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilib.

 

 

 

Festival iştirakçılarını salamlayan Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər bildirib ki, tədbirin məqsədi qədim və zəngin Azərbaycan mədəniyyətini yerli sakinlərə ətraflı şəkildə çatdırmaqdır. Qeyd edib ki, Xəzər dənizinin sahillərində yerləşən və qədim türk yurdu olan ölkəmiz son illər qazandığı böyük nailiyyətlərlə yalnız Yaponiyada deyil, bütün dünyada çox yaxşı tanınıb. Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə apardığı nəhəng bərpa və quruculuq işləri, “Böyük Qayıdış” proqramına uyğun olaraq məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmağa başladığı nəzərə çatdırılıb.

 

 

 

O, festivalın yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə, Tokio hökumətinə və Yaponiyanın Xarici İşlər Nazirliyinə xüsusi minnətdarlığını çatdırıb. Bildirib ki, Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə xidmət edən belə tədbirlərin davamlı şəkildə təşkili mühüm əhəmiyyətə malikdir və bu layihələr yaxın gələcəkdə davam etdiriləcək.

 

 

 

 

İki gün davam edən festival zamanı Tokio sakinlərinə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və milli mətbəxini əks etdirən nəşrlər, nümunələr, rəqslər nümayiş etdirilib və mahnılar səsləndirilib. “Lotos Kələbək” rəqs qrupunun, həmçinin saz, ud və tarda ifası ilə artıq Yaponiyada yaxşı tanınmış Kiyoşi Ohiranın qrupunun çıxışı təqdim olunub.

Festival yerli sakinlərdə və şəhərin qonaqlarında böyük maraq doğurub.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/tokionun-ueno-parkinda-azerbaycan-festivali-teskil-edilib-3973

 

 

 

 

Reklam Alanı
Son Güncelleme: 18 Aralık 2023