Vyananın mərkəzində Azərbaycan icmasının etiraz aksiyası təşkil edilib

    Vyananın mərkəzində <a href="https://twitter.
Reklam Alanı
Vyananın mərkəzində Azərbaycan icmasının etiraz aksiyası təşkil edilib
23 Ağustos 2023 tarihinde Bugün, GÜNDEM kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

 

 

 

Vyananın mərkəzində Azərbaycan icmasının etiraz aksiyası təşkil edilib

 

, 2023

Vyananın mərkəzində Azərbaycan icmasının etiraz aksiyası təşkil edilib

 

 

 

 

Avstriyada yaşayan Azərbaycan icması nümayəndələrinin məşhur Heldenplatz meydanında dinc aksiyası keçirilib.

Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə baş tutan aksiyada ölkəmizə qarşı 30 il ərzində işğalçı siyasət yürütmüş Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz edilib.

 

 

 

 

Aksiya zamanı Azərbaycan bayrağı dalğalandırılıb, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!” “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!” və sair şüarlar nümayiş etdirilib.

Aksiya iştirakçıları BMT-nin Təhlükəsizlik Şurasından və beynəlxalq ictimaiyyətdən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın hərbi və ekoloji terroruna son qoyulmasını, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin və insan hüquqlarının təmin edilməsini, Azərbaycan dövlətinin sülh səylərinin dəstəklənməsini tələb ediblər.

 

 

 

 

 

Aksiya ilə maraqlanan vyanalılara Ermənistanın hərbi və ekoloji cinayətləri barədə ətraflı məlumat verilib. Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələri verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb.

 

 

 

 

Qeyd edək ki, Ermənistanın ifşasını həzm edə bilməyən erməni icmasının nümayəndələri aksiyaya qarşı təxribat törətməyə çəhd etsələr də, bu təxribatın qarşısı alınıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/vyananin-merkezinde-azerbaycan-icmasinin-etiraz-aksiyasi-teskil-edilib-3386

 

 

 

Reklam Alanı
Son Güncelleme: 23 Ağustos 2023