İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub

İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub 2025, İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

📅 Nisan 12, 2025 📂 GÜNDEM 🔊
İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub

İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub

2025,

İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

 

https://x.com/azpresident/status/1910664236688175393

Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik etdi.

 

https://x.com/azpresident/status/1910664236688175393

 

Dövlətimizin başçısı dedi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi.

Əhməd Əl Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.

Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaraa bununla belə xarici amillərin bu məsələyə təsirindən narahatlığını vurğuladı.

Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunuldu.

 

https://x.com/azpresident/status/1910664236688175393

 

Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu.

Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul olundu.

Böyük ölçüdə şəkillər

 

https://x.com/azpresident/status/1910664236688175393

BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/68548

 

 

https://x.com/azpresident/status/1910664236688175393

Bir yanıt yazın