Pekində Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib

Pekində Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib..
Reklam Alanı
Pekində Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib
05 Ekim 2024 tarihinde GÜNDEM kategorisinde yayınlandı. Google News
Reklam Alanı

Pekində Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib

, 2024

 

https://x.com/DiasporaAz/status/1841799319717859690

Pekində Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib
Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı və ev sahibliyi ilə Birinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib.

 

https://x.com/DiasporaAz/status/1841799319717859690

 

Konfransın məqsədi Çində elmi yolla Azərbaycanın qədim tarixi, dili və mədəniyyətini tanıtmaq, iki xalq arasında mədəni əlaqələri dərindən araşdırmaq, iqtisadi əlaqələrin mövcud potensialını dəyərləndirmək, Çində azərbaycanşünaslıq elminin inkişafına təkan verməkdir. Çində Azərbaycan üzrə tədqiqat aparan alimlərin, xüsusilə gənc tədqiqatçıların kəşfi, onların Azərbaycanla bağlı araşdırmalarına istiqamət verilməsi, ölkəmizə dəvət edilərək azərbaycanlı alimlərlə əlaqələrinin qurulması və əməkdaşlığın genişləndirilməsi də konfransın hədəflərindəndir.

 

https://x.com/DiasporaAz/status/1841799319717859690

 

 

“İpək Yolu ruhu ilə Çin-Azərbaycan münasibətlərini möhkəmləndir!” devizi altında təşkil olunan beynəlxalq elmi konfransda Azərbaycanın və Çinin siyasi, iqtisadi və humanitar sahələrdən 50-ə yaxın ekspert və aliminin ölkəmizin ədəbiyyatı, mədəniyyəti, iqtisadiyyatı, siyasəti haqqında məruzələri dinlənilib.

 

 

https://x.com/DiasporaAz/status/1841799319717859690

 

Konfransda “Azərbaycan dili, mədəniyyəti və təhsili”, “Bir kəmər-bir yol təşəbbüsü çərçivəsində Çin-Azərbaycan iqtisadi əlaqələri”, “Azərbaycan və Çin arasında mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələr” panelləri təşkil olunub.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev bildirib ki, Azərbaycan dili Çində ixtisas səviyyəsində məhz bu ali təhsil müəssisəsində tədris edilir. 2015-ci ildə Çin Təhsil Nazirliyinin qərarı ilə yaradılan Azərbaycan dili ixtisasına 2018-ci ildə Ümumçin qəbul imtahanı vasitəsilə daxil olan tələbələr 2022-ci ildə təhsillərini uğurla başa vurublar.

Qeyd edək ki, Pekində yaşayan soydaşımız Aqşin Əliyev 2020-ci ildə Diasporla iş üzrə Dövlət Komitəsinin “Diaspor fəaliyyətinə görə” medalı ilə təltif olunub.

Foto qalereya

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/pekinde-birinci-cin-azerbaycansunasliq-beynelxalq-elmi-konfransi-kecirilib-5131

 

 

https://x.com/DiasporaAz/status/1841799319717859690

Reklam Alanı
Son Güncelleme: 05 Ekim 2024