Nazir Ceyhun Bayramov ilə Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin arasında telefon danışığına dair mətbuat məlumatı

  Nazir Ceyhun Bayramov ilə Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin arasında telefon danışığına dair mətbuat məlumatı➡️<a href="https://t.
Reklam Alanı
Nazir Ceyhun Bayramov ilə Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin arasında telefon danışığına dair mətbuat məlumatı
28 Ocak 2023 tarihinde DÜNYA kategorisinde yayınlandı. Google News
Reklam Alanı

 

 

No:041/23, Nazir Ceyhun Bayramov ilə Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin arasında telefon danışığına dair mətbuat məlumatı

Resim
28 yanvar tarixində Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəsasını tapmasının zəruri olduğunu vurğulayıb.

 

Hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətininin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.

 

Nazir Ceyhun Bayramov başsağlığı və dəstək diləklərinə görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını bildirib. Səfirliyimizə qarşı xain terror aktının icraçısı daxil, bütün sifarişçilərin və təşkilatçıların cəzalandırılmasının tələb olunduğunu diqqətə çatdırıb.

Resim

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no04123

 

 

 

Reklam Alanı
Son Güncelleme: 28 Ocak 2023